21-08-2024
243
Koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi və onun gətirdiyi məhdudiyyətlərə baxmayaraq, bəzi sahələrdə aktivlik azalmayıb. Belə sahələrdən biri də tikinti-quraşdırma sektorudur.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, əksər iqtisadi göstəricilərin zəiflədiyi dövrdə - yanvar-aprel aylarında tikinti sektorunda artım olub. İlk 4 ayda ölkədə 852 milyon manatlıq tikinti işləri aparılıb və bu ötən illə müqayisədə təqribən 2% artıqdır. Mənzil tikintisi isə 15% artıb.
Üstəlik, həm tikinti mövsümü olduğu, həm də iqtisadi passivliyin aradan qaldırılması üçün tikinti işlərinin qarşıdakı aylarda daha da sürətlənəcəyi gözlənilir.
Digər tərəfdən, xüsusilə regionlarda biznes obyektlərinin tikinti ilə bağlı mühəndis-tikinti quraşdırma işlərinə tələbatın artacağı gözlənilir. Belə işlərin həyata keçirilməsi üçün isə tikinti lisenziyalarının alınması tələb olunur.
Lisenziya nədir?
Lisenziya və icazələr - təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və sahibkarlıqla məşğul olan fiziki şəxslərə müxtəlif sahələrdə fəaliyyət göstərmək üçün dövlət və inzibati orqan tərəfindən verilmiş xüsusi icazədir.
Hamısına bax