Bu gündən müavinət və təqaüdlər artırılıb

01-07-2025

175

bu-gunden-muavinet-ve-teqaudler-artirilib

Prezident İlham Əliyevin Fərmanına əsasən, növbəti, 2018-ci ildən ötən dövrdə isə 5-ci sosial islahat paketi çərçivəsində iyulun 1-dən müavinət və təqaüdlər artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, müavinət və təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən olunub:

- Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü – 700 manat;

- Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:

- 81-100 faiz pozulmasına görə (I dərəcə) — 600 manat;
- 61-80 faiz pozulmasına görə (II dərəcə) — 500 manat;
- 31-60 faiz pozulmasına görə (III dərəcə) — 400 manat;

- Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü — 2200 manat;

- Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü — 2000 manat;

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1700 manat;

- Uşağın anadan olmasına görə birdəfəlik müavinət — 600 manat;

- Dəfn üçün birdəfəlik müavinət — 600 manat;

- Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət:

- 0-6 yaş arası uşaq üçün — 500 manat;
- 7-13 yaş arası uşaq üçün — 600 manat;
- 14-18 yaş arası uşaq üçün — 650 manat;

- Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:

- 81-100 faiz pozulmasına görə (I dərəcə) — 300 manat;
- 61-80 faiz pozulmasına görə (II dərəcə) — 250 manat;
- 31-60 faiz pozulmasına görə (III dərəcə) — 180 manat;

- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü — 350 manat;

- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü — 250 manat;

- Övladlığa götürülən hər uşağa görə aylıq müavinət — 240 manat;

- Ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) — 140 manat;

- Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət — 140 manat;

- Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət — 140 manat;

- Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) — 140 manat;

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət — 140 manat;

- Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü — 120 manat;

- Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:

- “Xalq” fəxri adına görə — 300 manat,
- “Əməkdar” fəxri adına görə — 200 manat.

Beləliklə, müavinət və təqaüdlərində artımlar edilən vətəndaşlar artıq bu aydan həmin ödənişlərini artırılan məbləğlərdə alacaqlar.

Ümumilikdə 2018-2025-ci illərdə icra olunan 5 sosial islahat paketi üzrə müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsait 5 dəfə artıb.

Xatırladaq ki, dövlət başçısının 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum aylıq əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata çatdırılıb, həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılıb.

Cari ilin əvvəlindən reallaşdırılan növbəti sosial islahat paketi üzrə ümumilikdə 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılıb və bu artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

Digər xəbərlər

Hamısına bax

Yaranacaq suallarla bağlı bizə zəng edin.